Azərbaycan futbolunda ilk yaponiyalı!
29.06.2010 - 16:37
“Olimpik-Şüvəlan” klubunun baş məşqçisi Nazim Süleymanov baxışda olan futbolçu ilə bağlı qərarını verib. Apasport.az saytının məlumatına görə, 45 yaşlı mütəxəssis xorvatiyalı Nikola Şafariçin xidmətində maraqlı olmayıb.
29 yaşlı hücuma meylli yarımmüdafiəçi 1 həftədən çox idi ki, komandanın düşərgəsinə təşrif buyurmuşdu. Futbolçu karyerasına "Varteks"də başlayan Nikola 1998-ci ildən 2007-ci ilədək bu klubun formasını geyinib. Orada 195 oyunda 40 qol vuran Safariç növbəti ili "Riyeka"da keçirib. 29 yaşlı oyunçu 33 matçda komandasına kömək edib və rəqib qapısına 2 dəfə yol tapıb. 2008-ci ildən "Slaven"də top qovan xorvatiyalı 21 qarşılaşmada cəmi 1 dəfə fərqlənib.
Karyerası ərzində Xorvatiyanın U-17, U-19 və U-21 yığmalarına da dəvət edilib. Nikola 2004-06-cı illərdə Xorvatiyanın əsas yığmasında 3 oyun keçirib.
Süleymanov hazırda Yaponiyadan olan bir futbolçunu sınayır.

0
0