İtalyanlar “Xəzər-Lənkəran”ın rəqibi ilə əlbir oldular
29.06.2010 - 16:57
İtalyanlar “Xəzər-Lənkəran”ın rəqibi ilə əlbir oldular
Moldovanın “Olimpiya” klubu Avroliqanın I təsnifat mərhələsində “Xəzər-Lənkəran”la görüşə yüksək əhval-ruhiyyədə çıxacaq. Apasport.az saytının məlumatına görə, Beltsı təmsilçisi lənkəranlılarla evdəki oyuna iki gün qalmış özlərinə yeni sponsor tapıb.

“Olimpiya” İtaliyanın “Mass Sport” şirkəti ilə uzun müddətli müqavilə imzalayıb. Texniki sponsor olan şirkət komandaları idman inventarları ilə təchiz edəcək.

İdman bazarında gənc, enerjili brendlərdən sayılan “Mass Sport” 2003-cü ildən yaransa da, qısa müddətdə bir sıra tanınmış İtaliya klubları, o cümlədən “Breşiya”nın himayədarı olub. “Mass Sport” Kipr, Almaniya, Macarıstan komandaları ilə də əməkdaşlıq edib. İtalyanlar “Xəzər-Lənkəran”ın rəqibi ilə işbirliyində maraqlı olduğundan, yaxşı şərtlər təklif edib. Nəticədə “Olimpiya”nin menecerləri əvvəlki sponsorları olan tanınmış “UMBRO” şirkətindən imtina edib.