Məsut Özilin müştəriləri artır
29.06.2010 - 17:52
Mundialda uğurlu çıxış etməsi Almaniya yığmasının futbolçusu Məsut Özilin müştərilərini artırıb. Apasport.az saytının məlumatına görə, son illərdə Çempionlar Liqasının qalibləri olan İtaliyanın “İnter” və İspaniyanın “Barselona” klubları 22 yaşlı yarımmüdafiəçinin transferi uğrunda mübarizəyə başlayıb.
Ancaq Məsutun vətənində çıxış etdiyi “Verder” klubu ilə 2011-ci ilə kimi müqaviləsi olduğundan, sərbəst şəkildə başqa komandaya keçə bilməz. Bremenlilər milliyətcə türk olan Özili 15 milyon avrodan aşağı satmaq fikrində deyil.

0
0