“Neftçi” “Rostov”dan futbolçu transfer etdi
30.06.2010 - 11:42
“Neftçi” “Rostov”dan futbolçu transfer etdi
Bakının “Neftçi” klubu növbəti transferini gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, “Olimpik-Şüvəlan”la yoxlama oyununda özünü yaxşı tərəfdən göstərməyi bacaran Ruslan Qurbanovun paytaxt təmsilçisində qalacağı dəqiqləşib.

“Neftçi”nin baş məşqçisi Arif Əsədov komandasının 2:0 hesablı qələbəsinə vurduğu qolla töhfə verən rusiyalını bəyənib: “O, baxışa gəlmişdi. Razı qaldım və onunla müqavilə imzalayacağıq. Bu futbolçu Avstriya toplanışında iştirak edəcək. Onu bizə Rasim Abışov məsləhət görüb. Qurbanov Dağıstanda anadan olub. Hücumçu “Rostov”un heyətində çıxış edib. Ola bilsin, viza məsələsinə görə, Avstriyaya gec getsin”.

Qeyd edək ki, “Rostov”un yetirməsi olan Qurbanovun 19 yaşı var. 181 sm boya malik hücumçu ötən mövsüm “Rostov”un heyətində çıxış edib.