Avrokuboklara start: XV mövsümü “Qarabağ”la “Xəzər-Lənkəran” açır
30.06.2010 - 12:00
Sabah Azərbaycan komandaları üçün yeni mövsüm start götürür. Apasport.az saytının məlumatına görə, klublarımız 1994-cü ildən çıxış etdikləri qitə miqyaslı yarışlarda növbəti mübarizəyə qoşulurlar.
Təmsilçilərimiz 2001/02 və 2002/03 mövsümlərini UEFA-nın cəzası üzündən buraxmalı olmuşdu. Bu səbəbdən bizim üçün XV mövsümü Unibank Premyer Liqasının son mövsümündə III və IV yeri tutan komandalar açacaq. Özü də Avroliqada I təsnifat mərhələsində iştirak edən “Qarabağ”la “Xəzər-Lənkəran” eyni – Bakı vaxtı ilə saat 21:00-da oyuna çıxacaq.
Ağdam təmsilçisi Makedoniyanın “Metallurq” klubunu Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcəyi halda, lənkəranlılar Moldovada “Olimpiya”nın qonağı olacaq. Əslində, iyulun 21-də İsveçrədə atılan püşkə əsasən bütün klublarımız ilk oyunlarını evdə keçirməli idi. Ancaq Moldovanın Avroliqa təmsilçilərinin beynəlxalq tələblərə cavab verən stadionu olmadığından, rəqibləri eyni arenada – Kişinyovdakı “Zimbru” stadionunda qəbul edəcək. Belə olan halda, UEFA “Xəzər-Lənkəran”la “Olimpiya”nın ilk görüşünün yerini dəyişdirməyi qərara aldı.
“Xəzər-Lənkəran” iki illik fasilədən sonra qitə miqyaslı turnirdə çıxışını davam etdirəcəyi halda, “Qarabağ” ardıcıl ikinci mövsümdür bu hüquqa malikdir. Ötən yay elə Avroliqada indiki baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında uğurla çıxış edən Ağdam təmsilçisi son təsnifat mərhələsində Hollandiyanın son çempionu “Tvente”yə uduzdu. Həmin vaxt hər üç mərhələdə ilk oyunlarını səfərdə keçirən “Qarabağ” mübarizəyə bu dəfə evdə başlayır. Təbii ki, səfər matçına rahat çıxmaq üçün öz meydanında qələbə qazanmaq vacibdir. Özü də bunun qol buraxmadan edilməsi daha arzuolunandır. Axı kubok yarışlarında səfərdə vurulan topun çəkisi böyükdür.
Bu mənada “Xəzər-Lənkəran” Moldova paytaxtında rəqibə qol vurmaqla üstünlük qazanmağa çalışmalıdır. Ağasəlim Mircavadovun baş məşqçisi olduğu komandaya səfərdə qollu heç-heçə də növbəti həftə Lənkərandakı görüş öncəsi münasib nəticə sayılacaq.
Qeyd edək ki, “Qarabağ” – “Metallurq” matçını İştvan Kovaçın başçılıq etdiyi rumıniyalı, “Olimpiya” – “Xəzər-Lənkəran” görüşünü latviyalı Vadim Direktorenkonun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

0
0