“Herta”nın hücumçusu Azərbaycan çempionuna qarşı
30.06.2010 - 12:33
“Herta”nın hücumçusu Azərbaycan çempionuna qarşı
Polşanın “Lex” klubu növbəti transferini gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının II təsnifat mərhələsində Bakının “İnter” klubu ilə görüşəcək Poznan təmsilçisi Polşa yığmasının sabiq futbolçusu Artur Vixnyareki sıralarına qatıb.

33 yaşlı hücumçu Almaniyada keçirdiyi 11 illik legioner həyatına son qoyaraq, vətənə dönüb. 1999-2003, 2006-09-cü illərdə “Arminiya”, 2003-06 və 2010-cu ilin ilk yarısını “Herta”da keçirən Artur Azərbaycan çempionu ilə matçlar ərəfəsində “Lex”lə anlaşıb.