Arif Əsədov: Bu amil “Beşiktaş”la oyunda bizə çətinlik yaradacaq - MÜSAHİBƏ
30.06.2010 - 12:46
“Neftçi” klubunun baş məşqçisi Arif Əsədovun apasport.az saytına müsahibəsi
- “Olimpik-Şüvəlan”la keçirilən yoxlama oyununda qələbə qazandınız. Komandadan razı qaldınızmı?
- Bu hazırlıq mərhələsidir. Futbolçuları həm fiziki cəhətdən “yükləyirik”, həm də yorğunluq fonunda oyunlar keçirməklə yoxlayırıq. Çünki oyun təcrübəsi lazımdır. Yoxlama matçına gəlincə, indiki mərhələ üçün komandadan istədiyimi 70-80 faiz ala bildim. Görüləsi işlər çoxdur. Yeni transferlər özlərini yaxşı tərəfdən göstərdilər.
- Baxışda olan futbolçular haqqında nə deyə bilərsiniz?
- Artıq Ruslan Qurbanovun “Neftçi”də qalacağı dəqiqləşib.
- Avstriya toplanışında neçə futbolçu iştirak edəcək?
- Bakıdan 24 futbolçu gedəcək. Orada da bizə qoşulan olacaq. Danışıq apardığımız braziliyalı futbolçular düşərgəmizə gələcək. Yəni, 3-4 oyunçuya ehtiyacımız var.
- Konkret hansı mövqeləri gücləndirməyi nəzərdə tutursunuz?
- Həm hücumu, həm də müdafiəni. Saşa Yunisoğlu ilə danışıqlar alınmadı. Ona görə də, arxa xəttə bir nəfər lazımdır. Yeri gəlmişkən, bu gün 2 məşq nəzərdə tutulub. Komanda səfərə 2 qrup şəklində yollanacaq. Viza problemi olduğu üçün belə alınıb. İkinci qrup səfərə iyulun 2-də çıxacaq.
- İyulun 3-də isə “Beşiktaş”la qarşılaşacaqsınız. Bu problem yaratmayacaq?
- Məcburuq. Bu gün səfirliyə gedəcəyik. Kimdə viza var, sabah yola düşəcək. Əlbəttə, “Beşiktaş”la oyuna bir gün qalmış gəlmələri çətinlik yaradacaq. Həm iqlim dəyişikliyi, həm yol yorğunluğu və s. “Beşiktaş”la da müqaviləmiz var və poza bilmərik.
- Braziliya mətbuatı Uesli Barbosa de Moraeşin “Neftçi”yə keçidinin baş tutmadığını yazıb. Bunun səbəbi nədir?
- Müqavilə imzalamayana qədər maraq dairəmizdə olan hansısa futbolçunun adını açıqlamırıq. Onlarla razılıq əldə edildikdən sonra bu haqda mətbuata məlumat veririk.
- Ümumiyyətlə, Moraeşlə danışıq aparmısınızmı?
- Tək onunla yox, başqa oyunçularla da danışıqlarımız olub. Braziliyadan geri dönən nümayəndə heyətinin siyahısında yer alan futbolçularla danışıq aparırıq. Hansı ilə söhbətimiz baş tutmayanda, digər namizədlə əlaqə saxlayırıq. Ona görə də, transfer zamanı bunlar normaldır.

0
0