“Bakı” “Makkabi”nin futbolçusu ilə gücləndi
30.06.2010 - 13:13
UEFA Avropa Liqasına hazırlaşan “Bakı” növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, son ölkə kubokunun qalibi olan paytaxt təmsilçisi İsrailin “Makkabi” klubunun 23 yaşlı müdafiəçisi Lior Janla rəsmi müqavilə imzalayıb.
Azərbaycanda top qovacaq ilk israilli kimi tarixə düşəcək yeni transfer universal futbolçu hesab olunur. Belə ki, müdafiənin sağında və mərkəzində oynaya bilir. Jan 2004-cü ildən “Makkabi”də çıxış edir və 18 yaşında əbədi rəqibləri Tel-Əviv “Xapoel”inin qapısına qol vurduğu üçün ölkələrində veteran kimi tanınır.
Qeyd edək ki, doğma klubunda ilinə 160 min dollar alan Jana yeni müqavilə təklif edilsə də, o, almaniyalı Vinfred Şaferin baş məşqçisi olduğu “Bakı”nı seçib.

0
0