Jikitsa Tasevski iddialı danışdı: “Qarabağ” “dişimizə” görədir
30.06.2010 - 13:27
“Rəqibin heyətində gürcüstanlı legionerin oyununu qeyd edə bilərəm. Ondan başqa, komandanın yeni transferləri də var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Makedoniyanın “Metallurq” klubunun baş məşqçisi Jikitsa Tasevski deyib.
Avropa Liqasının I təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubu ilə görüşəcək skopyelilərin çalışdırıcısı Bakıya uğurlu nəticə qazanmağa gəldiklərini gizlətmir.
Makedoniyalı mütəxəssis Ağdam təmsilçisini udmaq iqtidarında olduqlarını düşünür: “Mənim gördüklərimə əsasən, rəqibimiz mütəşəkkil, həmrəy komandadır. Lakin “Qarabağ” bizim “dişimizə” görədir. Lakin bu qələbə heç də asan olmayacaq. Futbolçularımız bütün güclərini qoymağa hazırdırlar. Oyun intizamı ilə bağlı hər şey qaydasındadır. Üstəlik, avrokuboklarda debüt etməyimiz bizə əlavə stimul verir. Düşünürəm ki, müsbət nəticə qazanacağıq”.
Sabahkı oyun ərəfəsində Tasevski əks-hücumlara ümid edir: “İstəyərdim ki, “Qarabağ”la oyunu qol buraxmadan bitirək. Bu, yaxşı olardı. Digər tərəfdən isə rəqibimiz bizim müdafiədə yaxşı oynadığımızı bilir. Bu səbəbdən də onu yarmağa çalışacaqlar. Xeyrimizə olan məqam odur ki, meydan sahibləri birinci irəli atılacaqlar. Bu isə bizə əks-hücum imkanı yaradacaq. Sürətli hücumçularımız olduğundan bu bizim üçün təhlükə yaratmaq şansı olacaq”.
Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Metallurq” oyunu saat 21:00-da başlayacaq.

0
0