Kənan Kərimov üçün “Qəbələ” dövrü bitdi
30.06.2010 - 13:58
Kənan Kərimov üçün “Qəbələ” dövrü bitdi
“Danışıqlar davam edir. Hələ ortada konkret heç nə yoxdur. Yəni, hansısa klubun məşq prosesində iştirak etmirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun kapitanı Kənan Kərimov deyib.

Toni Adamsın “Qəbələ”nin baş məşqçisi postuna təyin edilməsindən sonra komandadakı taleyi barədə qərar verən kapitan özünə yeni klub axtarır. Artıq “Qəbələ” variantını qapadığını deyən hücumçu 3 klubla danışıq aparır: “Onlardan biri “Gəncə”dir. Söhbətimiz olub, amma hələ məsələ konkretləşməyib. Başqa 2 klubdan da dəvət var. Onları da dəyərləndirirəm. Yaxın 2 gündə karyeramla bağlı qərar verəcəyəm”.