“Yunisoğlu “Spartak”a baxışa gəlməkdən imtina edir” - EKSKLÜZİV
30.06.2010 - 23:07
Rusiya Premyer Liqasında mübarizə aparan Nalçikin “Spartak” klubunun baş məşqçisi Yuri Krasnojanın apasport.az saytına eksklüziv müsahibəsi
- Mətbuatda Azərbaycan yığmasının müdafiəçisi Saşa Yunisoğlu ilə maraqlandığınız barədə məlumatlar yayılır. Onun komandanıza keçidi perspektivi haqda nə deyə bilərsiniz?
- Düzdür, Saşa ilə maraqlanırıq. Ona son illərdə göz qoymuşuq. Yunisoğlu hazırkı fasilə müddətində komandamıza namizəd futbolçular sırasındadır. İndi danışıqlar gedir, ancaq son qərar yoxdur.
- Bildiyimizə görə, müdafiəçiniz Aleksandr Amisulaşvili komandadan gedib və Yunisoğlu onun yerinə namizəd sayılır.
- Amisulaşvili həqiqətən də komandamızı tərk edib. Saşa da onun mövqeyinə namizədlərdən biridir.
- Təbii ki, Yunisoğlunun oyununu görmüsünüz. Təcrübəli mütəxəssis kimi, onu necə qiymətləndirərsiniz? “Spartak-Nalçik”in müdafiə xəttini gücləndirə bilərmi?
- Bu haqda mühakimə yürüdə bilmərəm. Çünki Yunisoğlunun cəmi bir oyununu görmüşəm. Bu da bir müddət öncə olub. İndi seleksiyaçı məşqçilər onun oyunları olan disk, kasetləri izləyiblər.
- Siz Saşanın konkret hansı oyununu izləmisiniz? Yəqin ki, Azərbaycan yığmasının Rusiya ilə Bakıda 1:1 hesablı rəsmi görüşünü nəzərdə tutursunuz.
- Bəli. Bu qarşılaşma ötən ilin oktyabrında olub və həmin vaxtdan elə də çox vaxt keçməyib.
- Hər halda, Yunisoğlunu sizə hansısa menecer təklif edib...
- Dediyim kimi, ona birinci dəfə deyil ki, baxırıq. Saşa artıq 2-3 ildir maraq dairəmizdədir. Ancaq ya başqa variantlar ortaya çıxır, ya da kiminləsə razılaşa bilmirik. Ancaq Yunisoğlunu hesabdan silmirik. Hesab edirik ki, qismət olarsa, Saşa bizə kömək edə bilər.
- Hazırda sərbəst olan Yunisoğlu özünə yeni klub axtarır. Rusiyanın “Terek” klubunun düşərgəsinə yollansa da, keçidi baş tutmadı. Saşanı hansısa təlim-məşq toplanışına çağırıb, məsələni həll edə bilərsiniz...
- Məsələ ondadır ki, Saşa baxışa gəlməkdən imtina edir. Bu da vəziyyəti, onunla bağlı qərarı bir az çətinləşdirir.
- Görünür, Yunisoğlu yığma futbolçusu olduğundan baxışa yox, birbaşa müqavilə bağlamağı üstün tutur.
- Mən onun necə fikirləşdiyini bilmirəm. Yaxşısı budur, bunu Saşanın özündən soruşun.
- Belə başa düşdük ki, siz onun müqavilədən öncə baxışa gəlməsini lazım bilirsiniz. Yəni, onunla birbaşa anlaşmağı tez sayırsınız?
- Baxmaq lazımdır. Futbolçu ilə tanış olub, onunla heç olmasa, 2-3 gün ünsiyyət qurmaq gərəkdir. Görək necə insandır, tələblərimizə nə dərəcədə cavab verdiyini anlamaq lazımdır. Yeni transferlə bağlı məsələdə artıq tanış olduğumuz futbolçulara üstünlük veririk, onları seçirik.
- Saşanın özü ilə söhbətləşmək imkanınız olubmu?
- Telefonla olub. Onu bilirəm ki, seleksiyaçı məşqçilərimiz, idman direktorumuz onun nümayəndəsi ilə ünsiyyət qurub. Bütün nüanslar həllini tapandan sonra onunla üzbəüz danışmağa ehtiyac olacaq. Hələlik futbolçu ilə şəxsən tanış olmamışam.
- Saşa ilə bağlı məsələyə nə vaxt tam aydınlıq gələcək?
- Qarşıdakı günlərdə toplantımız olacaq. Həmin vaxt qərar verəcəyik.
- Son vaxtlar bəzi azərbaycanlı futbolçuların adları komandanızın ətrafında hallansa da, keçid nədənsə baş tutmur...
- Bilirsiniz, daha çox Rusiyadan Azərbaycana futbolçu gəlir, nəinki oradan bura. Azərbaycanda futbol kifayət tez inkişaf edir.
- Hazırda transfer siyahınızda Azərbaycanda başqa futbolçu varmı?
- İndiki anda yoxdur. Ümid edirəm ki, gələcəkdə futbolçunuz transfer edərik.
Mehman SÜLEYMANOV

0
0