Respublika stadionu “Qarabağ” – “Metallurq” matçına hazırdır!
30.06.2010 - 23:04
“Çempionlar Liqasının və Avropa Liqasının püşkü atıldıqdan dərhal sonra stadionda təmir-bərpa işləri aparılıb. Arena oyunları qəbul etməyə tam hazırdır”. Bu sözləri apasport.az saytına açıqlamasında Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov deyib.
Bu il ölkənin baş arenasında avrokubok oyunlarının açılışını “Qarabağ” klubu edəcək. Belə ki, Ağdam təmsilçisi bu gün Makedoniyanın "Metallurq" komandası ilə görüşəcək.
İsmayılov bildirib ki, matç zamanı azarkeşlərin və futbolçuların təhlükəsizliyi təmin olunacaq: “Nəinki təhlükəsizlik, hətta təşkilatçılıq baxımından da hər hansı bir problem olmayacaq. Çünki işimizi plana uyğun şəkildə həyata keçirmişik. İşlər oyun bitənə qədər davam edəcək".
İsmayılovun fikrincə, "Qarabağ"ın iştirakı ilə keçirilən görüşdə yenə ajiotaj baş verəcək: “Məncə, Azərbaycanda bu matça maraq kifayət qədər böyükdür. Həmin oyunu stadiondan heç olmasa, 20 min adam izləyəcək. Bu, minimum rəqəmdir”.

0
0