Sabiq “Fənərbaxça”lı futbolçumuzun yolunu açdı
30.06.2010 - 23:10
Sabiq “Fənərbaxça”lı futbolçumuzun yolunu açdı
Türkiyənin Bank Asiya Liqası təmsilçisi “Kartalspor” qapıçısı Oğuz Dağlaroğlu ilə vidalaşıb. Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi müqaviləsi başa çatan 31 yaşlı qolkiperlə əməkdaşlıqda maraqlı olmayıb.

Bu, daha çox həmyerlimiz Vitali Kovalyovun xeyrinə işləyib. Belə ki, Azərbaycan millisinin sabiq üzvü Vitali Kovalyov Oğuzun ayrılmasından sonra "Kartalspor"un "1 nömrə"sinə çevriləcək.

Rəhbərlik Oğuzla bağlı qərarını açıqladıqdan dərhal sonra Kovalyovla əlaqə saxladıq: “Klub rəsmiləri mənə zəng etmişdilər. Onlar iyulun 1-də Türkiyəyə qayıdıb, müqaviləyə imza atmağımı istəyirlər. Mən də belə edəcəyəm. İnşallah, yeni müqaviləm 1 ili əhatə edəcək”.

Qeyd edək ki, ötən il Vitalini "Kartalspor"un əsas heyətindən didərgin salmış Oğuz Türkiyənin tanınmış qapıçılarından sayılır. O, vaxtilə "Fənərbaxça", "Sivasspor" və "Qaziantepspor" kimi klubların formasını geyinib.