Vüqar Nadirov: Bizi ancaq bir şey düşündürür!
30.06.2010 - 19:01
Vüqar Nadirov: Bizi ancaq bir şey düşündürür!
“Türkiyədəki təlim-məşq toplanışı istədiyimiz kimi alınmasa da, toparlana bildik. Fikrimcə, Avropa Liqası öncəsi "Olimpik-Şüvəlan"a qarşı keçirdiyimiz yoxlama görüşü xeyrimizə işləyəcək". Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın "Qarabağ" klubunun futbolçusu Vüqar Nadirov deyib.

23 yaşlı futbolçu sabah "Metallurq"a qarşı keçiriləcək oyunla bağlı fikirlərini bölüşərkən deyib ki, onları ancaq qələbə qane edəcək: "Avropa Liqasının ilk oyununu səfərdə keçirmək daha yaxşıdır. Amma püşk belə nəticələnibsə, heç nə edə bilmərik. İndi biz rəqibə qol buraxmadan qalib gəlməliyik. Yalnız bir şey barədə düşünürük: Qələbə!"

Nadirov çətin oyun öncəsi azarkeşlərdən kömək istəyib: "Fanatların dəstəyinə ehtiyacımız olduqca böyükdür. Onların alqış sədaları altında oynamağa daha da həvəslənirik. İnanıram ki, köməklərini əsirgəməyəcəklər".

Qeyd edək ki, Vüqar Nadirov ötən il də "Qarabağ"ın heyətində Avropa Liqasının oyunlarında iştirak edib.