“Siftələr kralı” - “Qarabağ”!
30.06.2010 - 16:40
Azərbaycanı avrokubokların yeni mövsümündə təmsil edəcək klublardan ən təcrübəlisi “Qarabağ”dır. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi 2004-cü ildən yaranan “Xəzər-Lənkəran”, “İnter” və “Bakı” ilə müqayisədə qitə miqyaslı turnirdə daha çox oyun (20) keçirib.
1987-ci ildə yaranan “Qarabağ” avrokuboklarda demək olar bütün turnirlərdə mübarizə aparıb. Yalnız Çempionlar Liqasında belə imkan olmayıb ki, əslində, komanda ora vəsiqə qazanmışdı. Ancaq UEFA 1997-ci ildə “Qarabağ”ı yox, “Neftçi”ni çempion kimi tanıdığından, ilk dəfə təmsil olunduğumuz ÇL-də bu komandanın oynamasına icazə verdi.
“Qarabağ” avrokuboklarda bir sıra “siftə”lərimizə imza atıb. Belə ki, avrokuboklarda səfərdə ilk xalı məhz bu komanda sayəsində qazanmışıq. Ağdam klubu qitə miqyasında debüt mövsümündə Bəxtiyar Musayevin vurduğu qol sayəsində buna nail olmuşdu. Klublarımız avrokuboklarda ilk dəfə mərhələni “Qarabağ”la keçib. İsrailin “Makkabi” klubu ilə oyunlar futbol tariximizə qızıl hərflərlə yazılıb.
“Qarabağ”ın məşqçisi Müşfiq Hüseynov 11 il öncə hücumçu kimi İntertoto kubokunda Hayfa təmsilçisi ilə görüşdə etdiyi dublla qələbənin memarı olub – 2:1. Bu, eyni zamanda klublarımızın Avropa miqyasında ilk səfər qələbəsi kimi tarixə düşüb. Nəhayət, UEFA kubokunun xələfi, ikinci ildir Avroliqa adlanan turnirdə iki mərhələni ilk keçən də “Qarabağ”dır. Ötən yay Skandinaviya təmsilçilərini yenən ağdamlıların xüsusilə “Rusenborq” kimi güclü klubu turnirdən kənarlaşdırması Avropada da böyük əks-səda doğurdu.
Ardıcıl ikinci il Avroliqada çıxış edəcək “Qarabağ”ın budəfəki rəqibi Makedoniya “Metallurq”udur. Komanda ötən yay ölkə kubokunun qalibi kimi mübarizəyə birbaşa II təsnifat mərhələsində başlamaq hüququ qazanmışdı. Ancaq “Qarabağ” indi bürünc mükafatçı kimi ilk mərhələdən başlamalı olacaq.
Qeyd edək ki, “Qarabağ” “Metallurq”la ilk oyunu sabah Bakıda, cavab görüşünü iyulun 8-də Skopyedə keçirəcək.
“Qarabağ” klubunun avrokuboklarda çıxışı
1996/97 mövsümü
Kuboklar Kuboku, I təsnifat mərhələsi
“Qarabağ” – “MüPA-47” (Finlandiya) – 0:1
“MüPA-47” – “Qarabağ” – 1:1 (əlavə vaxtda)
Qol: Bəxtiyar Musayev
1997/98 mövsümü
UEFA kuboku, I təsnifat mərhələsi
“Yablonets” (Çexiya) – “Qarabağ” – 5:0
“Qarabağ” – “Yablonets” – 0:3
1998/99 mövsümü
Kuboklar Kuboku, I təsnifat mərhələsi
“Kopenhagen” (Danimarka) – “Qarabağ” – 6:0
“Qarabağ” – “Kopenhagen” – 0:4
1999/00 mövsümü
İntertoto kuboku, I mərhələ
“Makkabi” (Hayfa, İsrail) – “Qarabağ” – 1:2
Qol: Müşfiq Hüseynov (2)
“Qarabağ” – “Makkabi” – 0:1
II mərhələ
“Qarabağ” – “Monpelye” – 0:3
“Monpelye” – “Qarabağ” – 6:0
2004/05 mövsümü
UEFA kuboku, I təsnifat mərhələsi
“Dukla” (Slovakiya) – “Qarabağ” – 3:0
“Qarabağ” – “Dukla” – 0:1
2006/07 mövsümü
UEFA kuboku, I təsnifat mərhələsi
“Zimbru” – “Qarabağ” – 1:1
“Qarabağ” – “Zimbru” – 1:1 (əlavə vaxtda – 1:2)
2009/10 mövsümü
Avroliqa, II təsnifat mərhələsi
“Rusenborq” (Norveç) – “Qarabağ” – 0:0
“Qarabağ” – “Rusenborq” – 1:0
Qol: Rəşad Sadıqov
Avroliqa, III təsnifat mərhələsi
“Honka” (Finlandiya) – “Qarabağ” – 0:1
Elvin Məmmədov
“Qarabağ” – “Honka” – 2:1
Qollar: Elvin Məmmədov, Rəşad Sadıqov
Avroliqa, IV təsnifat mərhələsi
“Tvente” (Hollandiya) – “Qarabağ” – 3:1
Qol: Vüqar Nadirov
“Qarabağ” – “Tvente” – 0:0
Mehman SÜLEYMANOV

0
0