Tasevski: “Qarabağ” təcrübəli, biz isə gənc komandayıq
30.06.2010 - 19:06
“Sabah sürətli, baxımlı və çətin oyun olacağını gözləyirəm”. Apasport.az saytının xəbərinə görə, bunu Makedoniyanın “Metallurq” klubunun baş məşqçisi Jikitsa Tasevski deyib.
Sabah Avropa Liqasının I təsnifat mərhələsində Ağdamın “Qarabağ” komandası ilə qarşılaşacaq skopyelilərin çalışdırıcısı bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycan futbolu haqqında yetərincə məlumatlıdır: “Son 5-6 ildə futbolunuz inkişaf edib. Xüsusən, “Qarabağ”ın keçən mövsüm Avropa Liqasındakı çıxışından xəbərdaram. Rəqibimiz Avropa təcrübəsi olan komandadır. Biz isə gənc və dinamik komandayıq. “Qarabağ” təcrübə baxımından bizi üstələyir. Rəqibin gücünə bələdik, amma biz də asan təslim olmayacağıq. İlk oyunda sərfəli nəticə əldə etməyə çalışacağıq. Evdə üstünlüyümüzdən yararlanmaq niyyətindəyik. Daha əvvəl Azərbaycanda çalışmış makedoniyalılardan ölkəniz haqda xoş sözlər eşitmişik. Burada gördük ki, həqiqətən də çox qonaqpərvər millətsiniz”.
Xatırladaq ki, “Qarabağ” – “Metallurq” oyunu sabah saat 21%00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

0
0