Maksim Medvedev: Mən bu görüşü çoxdan gözləyirdim
30.06.2010 - 23:28
“Bu görüşü çoxdan gözləyirdim. Özümü çox yaxşı formada hiss edirdim. Çox güman ki, bugünkü oyunda oynaya bilməyəcəyəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun müdafiəçisi Maksim Medvedev deyib.
Komandasının “Metallurq”a qarşı keçirəcəyi oyunu kənardan izləyəcək gənc müdafiəçisi zədə ucbatından komandasına kömək edə bilməyəcək. Buna səbəb Medvedevin srağagünkü məşqdə zədələnməsidir: “Srağagünkü məşqdə zədələndim. Düşünürdüm ki, yüngül zədədir. Ancaq dünənki məşqdə komanda ilə birgə məşq etsəm də, özümü yaxşı hiss etmədim. İndi heç ötürmə də edə bilmirəm. Həkimlər zədəmin ciddi olmadığını deyirlər. Sümüklərin arasında qan sızması olub. 2-3 günə keçəcəyini bildiriblər. İnşallah cavab qarşılaşmasında meydandakı yerimi alacağam. Bir az ara vermək lazımdır ki, zədəm tam sağalsın”.

- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
- “Fənərbaxça” – “Lion” matçından sonra gərginlik - 6 nəfər saxlanılıb
- "Atletiko" açıqladı: ALVAREZ SATILMAYACAQ
0
0