“Heç bir arxayınçılıqdan söhbət belə gedə bilməz” - FOTO
30.06.2010 - 23:36
“Çətin oyun alacaq. Ancaq qələbə haqda fikirləşirik. Cavab qarşılaşmasına sərfəli nəticə ilə yollanmaq istəyirik. Əlbəttə, onlar da ilk oyunda sərfəli nəticə qazanmağa çalışacaqlar”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılov deyib.
Bu gün Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Makedoniyanın “Metallurq” komandasını qəbul edəcək təmsilçimiz oyunun hazırlığını başa vurub. Ağdam klubunun 22 yaşlı yarımmüdafiəçisi oyunla bağlı bunları deyib: “Rəqibi ciddi qəbul edirik. Heç bir arxayınçılıqdan söhbət belə gedə bilməz. İntizamlı futbol oynayırlar. İlk oyunun evdə və ya səfərdə keçirməyimizin elə də fərqi yoxdur. Biz qələbə üçün mübarizə aparacağıq. Ancaq məncə birinci oyunun səfərdə olması daha yaxşı olardı. Orada oynayıb rəqibin nəyə qadir olduğunu bildikdən sonra evdə məsələni həll edə bilərdik”.
Futbolçu azarkeş amilinə də toxunub: “Bizim əsas üstünlüyümüz kollektiv oyun nümayiş etdirməyimiz olacaq. Əlbəttə azarkeş amilini də unutmamaq lazımdır. Onların tribunalarda olmasının böyük rolu olacaq. Buradan azarkeşlərə səslənirəm. Gəlin, stadionu doldurun! Onların bizi dəstəkləməsi, bizi daha da motivasiya edir”.

0
0