Rəşad Sadıqov: “Metallurq” bizim üçün sirli qutudur
30.06.2010 - 23:43
“Komanda olaraq, oyuna tam hazırıq. Maksimin oynamaması komanda üçün böyük itkidir. Ondan əlavə, Samir də zədəlidir”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının və “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov deyib.
Komandada zədəli futbolçuların çoxluğuna işarə vuran Sadıqov rəqib haqda da fikirlərini bildirib: “Rəşad və Əfran zədələrini yeni sağaldıblar. Sözün düzü rəqibin oyunlarını görməmişik. “Metallurq” bizim üçün qapalı qutudur. Məhz buna görə ehtiyatlı olmaq lazımdır”.
Futbolçu “Qarabağ”ın “Metallurq” qarşısında favorit göstərilməsinə münasibət bildirərək, rəqibdən üstün olmadıqlarını bildirib: “Rəqibdən elə bir üstünlüyümüz yoxdur. Əslində, üstünlük rəqibdədir. Bizi yaxından tanıyırlar. Oyunlarımızı izləyiblər. Fikirləşirəm ki, ilk oyunun evdə olması bizi bir az sıxacaq. İstər-istəməz tələsdirəcək. Ancaq qətiyyən tələsmək lazım deyil”.

- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
- “Fənərbaxça” – “Lion” matçından sonra gərginlik - 6 nəfər saxlanılıb
- "Atletiko" açıqladı: ALVAREZ SATILMAYACAQ
0
0