Ramin Quliyev: Toni Adams məni tanımaq istəyir
01.07.2010 - 11:25
Ramin Quliyev: Toni Adams məni tanımaq istəyir
“Artıq “Qəbələ” ilə müqavilə imzalamışam. Qarşıdakı mövsümü əyalət təmsilçisində keçirəcəyəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq futbolçusu Ramin Quliyev deyib.

Son mövsümü “Standard”ın heyətində keçirən 29 yaşlı müdafiəçi artıq özünə yeni komanda tapıb. “Muğan”dan da təklif alan Quliyev Qəbələ təmsilçisinə üstünlük verib: “Klubun şəraiti yaxşıdır. Həm də “Qəbələ” son çempionatda özünü yaxşı tərəfdən göstərməyi bacardı. Ona görə də bu klubu seçdim”.

Artıq yeni baş məşqçi ilə görüşən sol cinah müdafiəçisi bu gün ilk məşqinə çıxıb: “Görüş tanışlıq xarakteri daşıyırdı. Hələlik məşq və qarşıya qoyulan məqsədlər barədə söhbət etməmişik. Toni Adams oyunçuları tanımaq istəyir”.