Asəf Qədiri “Qəbələ”də oynayacaq
01.07.2010 - 11:38
“Yeni mövsümü “Qəbələ”nin heyətində keçirəcəyəm. Bu klubla bir illik müqaviləm var. “Turan”a dönəcəyimlə bağlı deyilənlər isə düzgün deyil”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin yeni transferi Asəf Qədiri deyib.
Başa çatan çempionatda “Turan”ın formasını geyinən, amma müqavilə ilə “Neftçi”yə məxsus olan yarımmüdafiəçinin paytaxt klubu ilə anlaşması 2011-ci ildə başa çatmalıdır. Lakin “ağ-qaralar”ın baş məşqçi Arif Əsədov onu quracağı heyətdə görmək istəmədiyinə görə futbolçu ilə müqavilə pozulub. Qədiri də “Qəbələ”yə üz tutub. Hətta bu transferi “Qəbələ rəsmiləri də təsdiqləyib.
Lakin sonradan Asəfin karyerasını “Turan”da davam etdirəcəyi deyilirdi. Lakin Asəf bunun yanlış olduğunu, sön mövsümdə yaşadıqlarının təkrarlanmağını istəmədiyini bildirib: “Turan” rəhbərliyi qalmağımı istəyirdi. Ancaq mən razılaşmadım. Orada yaşadıqlarım haqda danışmaq istəmirəm. Özümü Tovuzdan kənarda sınamaq istəyirdim. İndi Qəbələdəyəm. Məşqlərdə iştirak edirəm”.

0
0