“Xəzər-Lənkəran” Moldovadan sərfəli nəticə ilə dönür
01.07.2010 - 21:48
“Xəzər-Lənkəran” Moldovadan sərfəli nəticə ilə dönür
Bu gün Avropa Liqasının ilk oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, Azərbaycanı qitənin ikinci dərəcəli qitə klub turnirində təmsil edən 3 klubdan ikisi mübarizəyə bu gün başlayıb.

“Qarabağ”dan fərqli ilk sınağını evdə deyil, səfərdə keçirən “Xəzər-Lənkəran” Moldovanın “Olimpiya” klubu ilə qarşılaşıb. Kişinyovda baş tutan matç Ağasəlim Mircavadovun yetirmələri üçün avrokuboklarda 7-ci oyun olub. İndiyədək qitə arenasına çıxmayan Beltsı təmsilçisi ilə görüşdə lənkəranlılar bu “xoşbəxt rəqəm”in həqiqətən düşərli olduğunu sübut edərək ilk səfər xalını qazanıblar – 0:0.

Avrokuboklardakı 7-ci oyun daha bir “7” ilə əlamətdar olub. Belə ki, 2004-cü ildə yaranan “Xəzər-Lənkəran” 2010/11 mövsümündə ilk matçına çıxacaq. Bu yeni mövsüm isə cənubluların tarixində 7-ci mövsüm olacaq.

Futbol azarkeşləri canlı yayımlanmayacaq bu oyunun axarını apasport.az saytı vasitəsilə izləyə biliblər. Moldovaya ezam olunan xüsusi müxbirimiz qarşılaşmanın gedişini, oyundan sonra baş məşqçilərin fikirlərini operativ olaraq oxucularımıza çatdırıb.

Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyun
1 iyul


21:00. “OLİMPİYA” (MOLDOVA) – “XƏZƏR-LƏNKƏRAN” (AZƏRBAYCAN) - 0:0
Hakimlər: Vadim Direktorenko, Harald Qudermanis, Yenis Pukiyen, Andris Treymanis (hamısı Latviya)
Kişinyov. “Zimbru” stadionu
“Olimpiya 12. Sergey Paşenko, 2. Cud Oqada, 5. Nikola Orlovski (k), 9. Georgi Ovsyannikov, 13. Jan Robens Jerom, 14. Andrey Tkaçuk, 15. Aleksandr Keltuyale (6. Tomas Kouruma, 89), 18. Eduard Valuta, 20. Yevgeni Xorolski (17. Mixail Paşenyuk, 65), 21. İbrahim Kamara, 30. Culius Adamarola (25. Oluvavunmi Somide, 79).

Baş məşqçi: Nikolay Bunya

“Xəzər-Lənkəran”: 25. Kamran Ağayev (k), 3. Elvin Begiri, 4. Elnur Allahverdiyev, 12. Allan Lalin (10. Xaqani Məmmədov, 89), 14. Rahid Əmirquliyev, 15. Emeka Opara (20. Amid Hüseynov, 90+2), 18. Alim Qurbanov (9. Zaur Ramazanov, 86), 21. Radomir Todorov, 22. Davit İmedaşvili, 30. Mario Souza, 72. Ayhan Devran.

Baş məşqçi: Ağasəlim Mircavadov

Sarı vərəqlər: İmedaşvili, 33, Keltuyale, 45+1

------

Artıq hər iki komanda meydanda oyun qabağı son məşqçini edir.
Azarkeşlər yavaş-yavaş stadiona axışır. Hazırda tribunalarda maksimum 2000 tamaşaçı olar.
Komandalar paltardəyişmə otağına yollanır.
Hər iki komanda artıq meydana çıxır.
“Xəzər-Lənkəran” ağ, “Olimpiya” isə qırmızı geyimdədir.

1. Oyuna moldovalılar başlayır.
3. İlk təhlükəli vəziyyət Beltsı təmsilçisindən gəlir. Qapıya zərbə qapının üstündən keçir.
7. Souzanın sol cinahdan qapı qapısına ötürdüyü topu qapıçı asanlıqla tutur.
10. “Xəzər-Lənkəran” sol cinahdan hücuma keçir. Lalinin cərimə meydançasına ötürdüyü topu müdafiəçilər auta çıxarır.
20. “Olimpiya”nın hücumları nəticə vermir. Cənub təmsilçisinin müdafiəsi rəqibin təhlükəli vəziyyət yaratmasına imkan vermir.
25. Meydan sahiblərinin növbəti hücumu fayda vermir. Ovsyannikovun zərbəsi qapıdan xeyli aralı keçdi.
27. “Olimpiya”dan növbəti hücum. Amma top qapıya tərəf getmir.
28. Hesabı açmaq üçün yaxşı fürsət yaranmışdı. Ancaq Lalin başla dəqiq oynaya bilmədi.
33. Oqadanın cərimə meydançası qarşısından zərbəsi qeyri-dəqiq alındı.
34. Oyunda ilk sarı vərəqə. “Xəzər-Lənkəran”ın yeni transferi rəqibi kobudluqla dayandırdığı üçün hakim onu cəzalandırır.
35. Təxminən 35 metrdən Aleksandr Keltuyalenin cərimə zərbəsindən birbaşa qapıya zərbəsini Kamran çətinlik çəkmədən tutur.
38. “Olimpiya”nın sağ cinahdan hücumu alınmır. Hakim Yevgeni Xorolskinin oyundankənar vəziyyətdə olduğunu bildirir.
42. “Xəzər-Lənkəran”ın bəxti gətirdi. Ovsyannikov 100 faizlik qol şansını qaşırır. O, 2-3 metrdən qapıya dəqiq zərbə vura bilmədi.
45. İmedaşviliyə qarşı kobud oynayan Ovsyannikova hakim şifahi xəbərdarlıq edir.
Hakim birinci hissəyə 1 dəqiqə əlavə edir.

İLK YARI BAŞA ÇATDI

İkinci hissə başladı

56. Komandalar hesabı açmağa cəhd etsələr də, hələlik qol yoxdur.
57. Lalinin sağ cinahdan cəhdi də uğursuz alındı.
58. Moldovalılar cərimə meydançası önündə Lalinə qarşı kobud oynadı. Souzanın cərimə zərbəsini müdafiəçilər qapı xəttindən çıxarır.
60. Lənkəranlılar künc cərbəsi yerinə yetirir. Kabralın cərimə meydançasına ötürdüyü topu qapıçı Oprananın başla zərbə vurmasının qarşısını alır.
63. Beltsı təmsilçisi “Xəzər-Lənkəran”ın heyətində ilk oyununu keçirən Elnur Allahverdiyevə qarşı kobud oynayırlar.Alimin yerinə yetridiyi cərimə zərbəsinin qarşısını moldovalılar alır.
68. Oparanın cərimə meydançası daxilindən başla zərbəsini qapıçı tutur.
75. Bu dəqiqələrdə cənub təmsilçisi daha yaxşı oynayır. Amma komandamızın hücumları bir fayda vermir.
77. Lalin rəqib qapısı qarşısında yerdə qalıb. Tibbi personal onu meydan çıxarır.
81. Alim Qurbanovun yerinə yetirdi künc zərbəsini qapıçı çətinlik çəkmədən tutur. Rəqib dərhal əks-hücuma keçsə də, müdafiəçilər təhlükəni sovuşdurur.
84. Oyunun sürəti artır. Komandalar qarşılıqlı hücumlar təşkil edirlər.
86. Zaur Ramazanov meydana çıxır. O, Alim Qurbanovu əvəzləyir.
89.Mircavadov daha bir oyunçu dəyişikliyi edir. Bu dəfə Lalin yerini Xəqani Məmmədova verir.
91. Matçın son dəqiqələri gedir. Oparanın yerinə meydana Amid Hüseynov çıxır.

Oyun başa çatdı.

Komandalar arasında cavab oyunu bir həftə sonra Lənkəranda keçiriləcək,