Azərbaycan çempionu üçün zəif rəqib
01.07.2010 - 11:57
Bolqarıstanın Pravets şəhərində təlim-məşq toplanışı keçirən Bakının “İnter” klubunun növbəti rəqibinin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu yerli “Eter” klubu ilə görüşəcək. Bu komanda Bolqarıstan çempionatının B dəstəsinin Qərb zonasında çıxış edir.
Kaxaber Sxadadzenin yetirmələrinin 1991-ci ildə Bolqarıstan çempionu olan “Eter”lə qarşılaşması iyulun 3-də Ravets şəhər stadionunda keçiriləcək. Bu matç Bakı vaxtı ilə 20:00-da başlayacaq.
Qeyd edək ki, Bolqarıstanda 4 oyun keçirən “İnter” 3 dəfə qələbə qazanıb və yalnız bir dəfə heç-heçə ilə kifayətlənib.

- Salah matçın ən yaxşısı seçildi - Misir 1/8 finala yüksəldi
- Alfaro Fransanı tufana bənzətdi - “İldırımdan necə qorunacağımızı tapmalıyıq”
- Fatih Tekke Buaddiyə heyran qaldı - Qiymətini görüb zarafata saldı
- UEFA-dan yeni qərar - Ağzını bağlayan futbolçu qırmızı almayacaq
- Onana yenidən Türkiyə klubunda - “Mançester Yunayted” açıqladı
0
0