“Simurq” “qoca” futbolçuları ilə vidalaşdı
01.07.2010 - 13:10
“Simurq” “qoca” futbolçuları ilə vidalaşdı
Zaqatalanın “Simurq” klubu heyətdə köklü islahatlarını davam etdirir. Klubun prezidenti Zaur Məmmədov apasport.az saytına açıqlamasında kapitan Elşən Məmmədov, Ramin Nəsibov və Ramil Ağayevlə yollarını ayırdıqlarını bildirib. Legionerlərin hamısı ilə vidalaşan Zaqatala təmsilçisi indi yerli oyunçulara güvənəcək. Məmmədovun sözlərinə görə, təcrübəli yerli futbolçuları da heyətdə saxlamağı məsləhət bilməyiblər: “Elşən Məmmədov komandada qalmayacaq. Biz gənc və perspektivli uşaqlara şans verəcəyik. Ancaq Elşənin 30 yaşı var. Ramil Ağayevlə Ramin Nəsibov də yaşlı oyunçulardır. Onların hazırkı durumu klubun konsepsiyası ilə uyğun gəlmir”.

Qeyd edək ki, təcrübəli hücumçular olan Elşənlə Ramin uzun illərdir “Simurq”da oynayırdı.