“Neftçi”nin legioneri: “Qarabağ”ın rəqibi həndbolu daha çox düşünür
01.07.2010 - 13:30
“Qarabağ”la “Metallurq”un qarşılaşması çox çətin bir oyun olacaq. Ağdamlıların oyununu görmüşəm, onlar kollektiv oyuna və ötürmələrə üstünlük verirlər. Heyətində milli komandanın formasını geyinən yaxşı futbolçular var”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun futbolçusu Slavço Georgiyevski deyib.
“Qarabağ”ın Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Skopyenin “Metallurq” klubu haqda fikirlərini bildirən makedoniyalı futbolçu Ağdam klubunun qələbəyə daha yaxın olduğunu bildirib: “Metallurq” haqda onu deyə bilərəm ki, hazırda daha çox gənc oyunçulara diqqət yetirirlər, yatırımları da bu sahədə edirlər. Avropa Liqasında uğurlu nəticələrə imza ataraq səviyyələrini qaldırmaq istəyirlər. Bügünkü oyunda “Qarabağ”ın qələbə qazanacağına inanıram”.
Georgievski Azərbaycan və Makedoniya futbolunu da müqayisə edib: “Azərbaycanda futbolun səviyyəsi Makedoniya ilə müqayisədə daha yaxşıdır. “Metallurq”da forma geyinən futbolçuların hamısı tanıyıram. Onlar yeni oyunçulardır, yeni oynamağa başlayıblar. Bir ay müddətində yaxşı komanda formalaşdırmaq çətindir. Düzdür, heyətində yaxşı oyunçular var, ancaq onlara öz oyunlarını tapmaq üçün vaxt lazımdır”.
30 yaşlı yarımmüdafiəçi “Qarabağ”ın Makedoniyada işinin heç də asan olmayacağını da bildirib: “Qarabağ” burada yaxşı nəticə göstərsə belə, cavab qarşılaşmasında işi çox çətin olacaq. Ümid edirəm, maraqlı oyun olacaq. “Metallurq”un məşqçisi çox gəncdir, cəmi 33 yaşı var. Onunla söhbət etmişəm. Qısa ötürmələrə üstünlük verən komanda formalaşdırmaq niyyətində olduğunu dedi”.
Makedoniya təmsilçisi haqda geniş məlumata malik olan Georgievski “Metallurq”un futboldan çox həndbola diqqət ayırdığını və futbolu ikinci planda tutduğunu vurğulayıb: “Metallurq”un prezidenti eyni zamanda həndbolla yatırım edir. Onun üçün futbol ikinci plandadır. Həndbol komandasına ən yaxşı məşqçini transfer edib. Ancaq futbol komandasına ortabab, gənc məşqi gətirib. Hava şəraitinə gəlincə, düşünmürəm ki, bu amil “Metallurq”lu futbolçulara çətinlik yaratsın. Çünki Makedoniyada da havalar çox isti keçir. Cavab qarşılaşmasında hava isti olarsa, o zaman “Qarabağ” üçün çox çətin olacaq”.

0
0