“Olimpik-Şüvəlan” Andrey Şevçenkonun əvəzləyicisini sınayır
01.07.2010 - 16:33
Bakının “Olimpik-Şüvəlan” klubu 5 legioneri baxışdan keçirir. Apasport.az saytının məlumatına görə, baş məşqçi Nazim Süleymanov iyulun 3-də planlaşdırılan növbəti yoldaşlıq görüşündə Recine Diuf (Seneqal), Helder Montero (Nigeriya), Eugenio Valdamiro (Portuqaliya), Aleksandr Melaşenko (Ukrayna) və Zohair Benouahini (Mərakeş) sınamaq fikrindədir.
Bu legionerlər arasında futbolsevərlərimiz üçün ən tanışı Melaşenkonu saymaq olar. Hər halda təcrübəli ukraynalı hücumçu uzun illər Kiyev “Dinamo”sunda və yığmasında çıxışı ilə tanınıb. Onu Andrey Şevçenko 1999-cu ildə İtaliyanın “Milan” klubuna keçdikdən sonra “Dinamo”ya transfer edərkən tanınmış həmkarının ən yaxşı əvəzləyicisi sayırdılar. Aleksandr Kiyev klubunda (56 oyun, 19 qol) 2 dəfə ölkə çempionu və 1 dəfə ölkə klubunun qalibi olub. Yığmada 16 oyuna 3 qol vuran hücumçunun indiyədək karyerası vətəni ilə bağlı olub. O, “Dinamo” ilə yanaşı, “Vorskla”, “Dnepr” və “Krivbass” klublarının şərəfini qoruyub. Son illər kölgədə qalan Melaşenko həvəskar liqada “Yeni həyat” komandasında top qovub.
Qeyd edək ki, yeni mövsümün hazırlığının ikinci mərhələsinə start verən “Olimpik-Şüvəlan” bu gündən təlim-məşq toplanışına yığışıb. İyulun 13-dək davam edəcək bu toplanışda 3 yoxlama oyunu nəzərdə tutulub və həmin görüşlərdən sonra yeni futbolçularla bağlı yekun qərar veriləcək.

0
0