Tunc Afşar: Mundial iştirakçısı ilə maddi məsələləri danışırıq
01.07.2010 - 16:45
Azərbaycanı Avroliqada layiqincə təmsil etmək fikrində olan “Bakı” klubu DÇ-2010-un iştirakçısı olan Yeni Zelandiya yığmasının futbolçusu Şeyn Şmeltsin keçidində israrlıdır.
Klubun vitse-prezidenti Tunc Afşar apasport.az saytına açıqlamasında mundialda İtaliya yığmasına qol vuran 29 yaşlı hücumçunun menecerlər tərəfindən onlara təklif olunduğunu bildirib. Afşarın sözlərinə görə, Avstraliyanın “Qold Kost Yunayted” klubunda oynayan Şmeltsin keçidi danışıqların yekunundan asılı olacaq: “Onun komandamıza keçidi realdır. Şmeltsin transferi ilə bağlı maddi məsələlərdə danışıqlar aparırıq. Bu müsbət nəticələnərsə, keçid baş tutacaq”.
Şeyn Almaniyada anadan olduğundan, bu ölkənin dilini bilməsi işinə yarayır. Məlum olduğu kimi, hücumçu axtarışında olan “Bakı”nın yeni baş məşqçisi almaniyalı Vinfred Şaferdir. Vaxtilə İngiltərənin aşağı divizionunda çıxış edən Şmelts yığmada 33 oyuna 17 qol vurub. O, mundialda ilk və hələ ki yeganə qolunu son dünya çempionu olan İtaliya yığmasına vurmaqla diqqət mərkəzinə düşüb. Şmelts Fabio Kannavaro kimi təcrübəli müdafiəçinin səhvindən istifadə edərək hesabı açıb. Onun “Bakı”ya keçidi baş tutarsa, ölkəmizdə çıxış edən ilk yeni zelandiyalı futbol olacaq.
Qeyd edək ki, “Bakı” Avroliqanın II təsnifat mərhələsində Çernoqoriyanın “Buduçnots” klubu ilə görüşəcək.

0
0