FİFA Nigeriya prezidentinin hərəkətini yolverilməz sayır
01.07.2010 - 17:20
FİFA Nigeriya hökumətinin futbola müdaxiləsi ilə əlaqədar hesabat hazırlayır. Apasport.az saytının məlumatına görə, bu barədə beynəlxalq futbol qurumunun mətbuat katibi Nikola Menjo açıqlama verib.
Menjo bildirib ki, Nigeriya prezidenti Qudlak Conatanın yığma komanda ilə bağlı qərarı FİFA-nın qaydalarına ziddir: “Nigeriyanın dünya çempionatında zəif çıxış etməsi səbəbindən ölkə rəhbərinin beynəlxalq oyunlarda çıxış etməsinə qadağa qoyması yolverilməzdir. Bunun üçün hökumətin futbola müdaxilə etməsi ilə bağlı hesabat hazırlayırıq. Mövzunu diqqətdə saxlayırıq və bu davam edərsə, nəticəsi pis ola bilər”.
Qeyd edək ki, Conatan yığma komanda mundialda zəif çıxış etdiyi üçün beynəlxalq arenalarda iştirakına 2 il qadağa qoyub.

- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
0
0