Rəşad Sadıqovun yeni Azərbaycan rekordu
01.07.2010 - 22:01
Ağdamın “Qarabağ” klubunun futbolçusu Rəşad Sadıqov yeni Azərbaycan rekordu müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı müdafiəçi Avropa miqyaslı klub turnirlərində özünün 5-ci qolunu vurmaqla klublarımızın heyətində ən çox fərqlənən futbolçu adına sahib olub. İndiyədək Badri Kvaratsxeliya və Feliks Felipe Almeyda kimi 4 qolun sevincini yaşamış Sadıqov Avropa Liqasının I təsnifat mərhələsinin “Metallurq”la oyununda rəqib qapısına yol tapmaqla legionerləri arxada qoyub.
Bütün qollarını bir mövsümdə və eyni komandada vuran Feliks (2009/10, “Bakı”) və Badridən (2000/01, “Şəmkir”) fərqli Rəşad ardıcıl 4 mövsümdür ki, avrokuboklarda qol vurur. 2007/08 mpvsümündə UEFA kubokunun “Rid” (Avstriya), 2008/09 mövsümündə İntertoto kubokunun “Nitra” (Slovakiya) ilə oyunlarında “Neftçi”nin qollarına imza atan müdafiəçi ötən yay “Qarabağ”ın heyətində “Honka” (Finlandiya) ilə “Rusenborq”u (Norveç) məyus etmişdi. Makedoniyalıların qapısına vurulan qol isə “Qarabağ”ın heyətindəki 3-cü qol olub. Bununla da o, “Qarabağ”ın qitə kuboklarındakı ən məhsuldar futbolçusuna çevrilib.

- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
- “Fənərbaxça” – “Lion” matçından sonra gərginlik - 6 nəfər saxlanılıb
- "Atletiko" açıqladı: ALVAREZ SATILMAYACAQ
0
0