“Qarabağ” “Şəmkir”in rekordunu 10 il sonra təkrarladı
01.07.2010 - 22:10
Avropa Liqasının I təsnifat mərhələsində Makedoniyanın “Metallurq” klubu ilə qarşılaşan “Qarabağ” Azərbaycan komandalarının 10 illik həsrətinə son qoyub. Apasport.az saytının məlumatına görə, Skopye təmsilçisini 4:1 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri klublarımızın avrokuboklardakı ikinci böyük hesablı qələbəsini qazanıblar.
İndiyədək yalnız “Şəmkir” qitə kuboklarında böyük hesablı qələbə qazana bilmişdi. 2000/01 mövsümündə Çempionlar Liqasında çıxış edən Ağasəlim Mircavadovun yetirmələri Latviyanın “Skonto” klubunu məğlub etmişdilər. Elə həmin matç da indiki kimi 4:1 hesabı ilə bitmişdi. Lakin “Qarabağ”dan fərqli şəmkirlilər hesabı əlavə vaxtda bu həddə çatdırmışdılar. Həmin görüşün 90 dəqiqəsi isə 2:1 hesabı ilə bitmişdi.

- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
0
0