Ağasəlim Mircavadov: Hər şey Lənkəranda bəlli olacaq
01.07.2010 - 22:17
“Baxımlı oyun alındı. Hər iki komandanın qol vurmaq üçün imkanı oldu”. Apasport.az saytının Kişinyova ezam olunan xüsusi müxbirinin məlumatına görə, bu sözləri “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib.
O, Avropa Liqasının I təsnifat mərhələsinin Moldovanın “Olimpiya” klubu ilə görüşündən sonra təşkil olunan mətbuat konfransında oyunla bağlı fikirlərini açıqlayıb. Mircavadov cütün taleyinə cavab matçında aydınlıq gələcəyini açıqlayıb: “Biz nəticə üçün oynayırdıq. Hər şey Lənkəranda bəlli olacaq. Bu oyuna 2 həftə hazırlıq keçmişdik. Bu da azdır. Yaxşı hazırlaşıb cavab oyununda qələbə qazanmağa çalışacağıq”.
Qeyd edək ki, Kişinyovda keçirilən “Olimpiya” – “Xəzər-Lənkəran” oyunu 0:0 hesabı ilə başa çatıb.

- Fatih Tekke İSTEFA VERDİ
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
- “Fənərbaxça” – “Lion” matçından sonra gərginlik - 6 nəfər saxlanılıb
0
0