Azərbaycan və Ermənistan çempionlarının rəqibləri üz-üzə
01.07.2010 - 22:39
Çempionlar Liqasının II təsnifat mərhələsində Bakının “İnter” klubu ilə qarşılaşacaq Polşanın “Lex” komandası növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Avstriyada təlim-məşq toplanışında olan Yatsek Zelinskinin yetirmələri Serbiyanın “Partizan” klubu ilə görüşüb.
Bu matçın taleyini bir qol həll edib. Slavomir Peçkonun 45-ci dəqiqədə serbiyalıların qapısına vurduğu top polşalılara qələbə qazandırıb. Bu, “Lex”in Avstriya toplanışında ilk qələbəsi olub. İlk qarşılaşmada poznanlılar Norveçin “Rusenborq” klubu ilə heç-heçə etmişdi – 1:1.
Qeyd edək ki, Serbiya çempionu olan “Partizan” Çempionlar Liqasında Ermənistan çempionu “Pünik”lə qarşılaşacaq

- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
0
0