Qurban Qurbanov: Makedoniyadakı oyun bizə nisbətən asan olacaq
01.07.2010 - 22:50
Qurban Qurbanov: Makedoniyadakı oyun bizə nisbətən asan olacaq
“Heyətlə bağlı problemlərimiz var idi. Zədəli futbolçuların çoxluğu üzündən üç ayrı qrupda məşq edirdik. Bu da oyunda özünü büruzə verdi. Hardasa ansambl pozulurdu”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib. Avroliqada yeni mövsümə böyük hesablı qələbə (4:1) ilə başlayan son bürünc nükafatçımız I təsnifat mərhələsində Makedoniyanın “Metallurq” klubuna evdə gücünü göstərdi. Qurbanovun fikrincə, bir həftə sonra Skopyedəki oyun onlar üşün nisbətən asan olacaq: “Futboloçulara təşəkkür edirəm. Yeni futbolçu almaq düşünmürük. Admir Telinin qrımızı vərəqə alması çətinlik yaradacaq. Samir Abbasov son 10 dəqiqədə oynaya bilmirdi. O, zədəsini sağaltsa, cavab oyuunda bizə kömək edə biləcək”.