Zaur Ramazanov: “Olimpiya” bizim “Olimpik” kimi oynayır
01.07.2010 - 23:04
Zaur Ramazanov: “Olimpiya” bizim “Olimpik” kimi oynayır
“Olimpiya” ilı oyun haqda çox şey danışa bilmərəm. Çünki görüşün sonuna yaxın meydana daxil oldum. Hər halda, bizə səfərdə sərfəli nəticə qazanmaq laızm idi və buna da nail olduq”. Bu fikirləri apasport.az saytının Moldovaya ezam olunmuş xüsusi müxbirinə açıqlamasında “Xəzər-Lənkəran” klubunun hücumçusu Zaur Ramazanov deyib.

İki illik fasilədən sonra Lənkəran təmsilçisinə qayıdan təcrübəli hücumçu avrokuboklarda onun bombardiri olsa da, bu dəfə meydanı qolsuz tərk etdi. Ramazanov Avroliqanın I təsnifat mərhələsində səfərdə qolsuz heç-heçə etdikləri Moldovanın “Olimpiya” klubunu keçmək şanslarını çox sayır: “Olimpiya” gücümüzə uyğun, keçiləsi rəqibdir. Evdə bu komandanı məğlub edə bilərik. Fikrimcə, onun oyunu bir vaxtlar çempionluğa yaxın olan bizim “Olimpik”ə bənzəyir. Moldovalılar da onlar kimi böyük qüvvə ilə müdafiə olunur və birdən əks-hücumlara keçir”.