Alim Qurbanov: İndidən heç kim deyə bilməz ki, “Olimpiya”nı keçmişik
01.07.2010 - 23:15
Alim Qurbanov: İndidən heç kim deyə bilməz ki, “Olimpiya”nı keçmişik
“Kişinyovdan yaxşı nəticə ilə qayıdırıq”. Bu sözləri apasport.az saytının Moldovaya ezam olunmuş xüsusi müxbirininə açıqlamasında “Xəzər-Lənkəran” klubunun yarımmüdafiəçisi Alim Qurbanov deyib.

Lənkəran təmsilçisi yaranandan, 2004-cü ildən onun şərəfini qouyan təcrübəlu futbolçu son vaxtlar ehtiyatda qalsa da, Avroliqanın I təsnifat mərhələsində Moldovanın “Olimpiya” klubu ilə səfər oyununda əsas heyətdə ter aldı. Alim rəqib meydanında 0:0 hesablı nəticədən sonra arxayınlaşmağa əsas görmür: “İndidən heç kim deyə bilməz ki, artıq mərhələni keçmişik. Buna bir həftə sonra aydınlıq gələcək. “Olimpiya” ilə cavab görüşü mərhələ keçən komandanı göstərəcək. Onu Lənkəranda keçirməyimiz bizə əlavə üstünlük verir. Çünki bizi çılğın dəstəkləyən azarkeşlərimiz qarşısında oynayacağıq. Onları qələbə ilə sevindirmək üçün əlimizdən gələni edəcəyik”.