Vaqif Cavadov “Tvente”də qol vurmaqdan doymur
01.07.2010 - 23:18
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun şərəfini qoruduğu Hollandiyanın “Tvente” klubu növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yeni mövsümə hazırlaşan Enshede təmsilçisi həvəskarlar liqasında çıxış edən “De Zeuv” komandası ilə üz-üzə gəlib.
Əvvəlki iki yoxlama oyununda olduğu kimi Hollandiya çempionu bu dəfə də rəqibini darmadağın edib. Mişek Pryudomun yetirmələri “De Zeuv”la matçdan 11:2 hesablı qələbə ilə ayrılıb. 21 yaşlı hücumçumuz start heyətində meydana çıxaraq 75-ci dəqiqədə Kastrati ilə əvəzlənib.
Cavadov əvəzlənənə qədər qol sevinci yaşamağa müvəffəq olub. O, matçın 45-cı dəqiqəsində komanadsının 6-cı qoluna imza atıb. Bu cavadovun “Tvente”də keçirdiyi ardıcıl 3-cü yoxlama oyununda 4-cü qoludur.
Qeyd edək ki, həmyerlimiz “Hengelo” (17:0) ilə matçda 2, “SC Enshede” (5:1) ilə qarşılaşmada isə 1 qol vurmuşdu.

- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
0
0