Denis Kalinkov: “Xəzər-Lənkəran”a qayıtmaq istəyirəm
01.07.2010 - 23:29
“Xəzər-Lənkəran”ın Avroliqanın I təsnifat mərhələsində Moldovanıın “Olimpiya” klubu ilə Kişinyovdakı oyununu (0:0) keçmiş futbolçusu Denis Kalinkov da stadiondan izləyib. Moldova yığmasının üzvü olan hücumçu apasport.az saytının bu ölkəyə ezam olunmuş xüsusi müxbirinə açıqlamasında geri qayıtmaq istədiyini bildirib. Kalinkov mövsüm bitən kimi onun heyətindən kənarlaşdıran lənkəranlılara yenə xidmət etməyi düşünür: ”Xəzər-Lənkəran”la müqaviləmin müddəti yenicə bitdi. Ola bilsin ki, geri döndüm. Mən bunu istəyirəm. Lənkəran klubu ilə danışıqların müsbət nəticələnəcəyini istisna etmirəm”.
Denis mayda Avstriyada milli komandamızla yoldaşlıq görüşündə iştirak edən zamanı ora yollanaın Bakının “Olimpik-Şüvəlan” klubunun rəhbərliyinin maraq dairəsinə düşmüşdü. Hər halda, klubun prezidenti Vaqif Qasımov saytımıza açıqlamasında onu heyətində görmək istədiklərini, hətta ilkin razılığın əldə olunduğunu bildirmişdi: “Olimpik-Şüvəlan”ın rəhbərliyi ilə sonradan telefon söhbətim olub. Ancaq bu komandaya keçidlə bağlı razılıq əldə etməmişik. Hər halda, “Olimpik-Şüvəlan”a transferimi real saymıram”.
Qeyd edək ki, ötən yay “Xəzər-Lənkəran”a keçən Kalinkov mövsümə yaxşı başlasa da, sonradan özünü göstərə bilmədi.

- “Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
0
0