“Qarabağ”: Diqqət Riqaya
02.07.2010 - 08:42
“Qarabağ”: Diqqət Riqaya
Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, qitənin 26 stadionunda avrokubokların yeni mövsümünün startı verilib. Azərbaycan təmsilçiləri “Xəzər-Lənkəran” və “Qarabağ”la yanaşı daha 50 komanda mübarizəyə başlayıb.

II təsnifat mərhələsində “Qarabağ”ın potensial rəqibləri də ilk sınaqlarına çıxıblar. “Metallurq” səddini adlayacağı halda ağdamlılar “Portadaun” (Şimali İrlandiya) - “Skonto” (Latviya) matçının qalibi ilə görüşməlidir ki, bu komandalar da qalibi müəyyənləşdirə bilməyiblər – 1:1. İndi Qurban Qurbanovun yetirmələrinin rəqibi Riqadakı matçda müəyyənləşəcək.

Ağdamlılarla yanaşı “Moqren” (Çernoqoriya), “Anartosis” (Kipr), “Zestafoni” (Gürcüstan), “Rabotniçki” (Makedoniya), “Torpedo” (Belarus), “Randers” (Danimarka) və “Reykyavik” (İslandiya) klubları da böyük hesablı qələbə qazanmaqla cütün taleyini böyük ölçüdə həll ediblər.

Qeyd edək ki, I təsnifat mərhələsinin cavab oyunları iyulun 8-də keçiriləcək.

Birinci təsnifat mərhələsi (1 – 8 iyul)

“UE Santa Koloma” (Andorra) - “Moqren” (Çernoqoriya) – 0:3
“Olimpiya” (Sloveniya) - “Şiroki Briyeq” (Bosniya və Herseqovina) – 0:2
“Anortosis” (Kipr) - “Banants” (Ermənistan) – 3:0
“Olimpiya” (Moldova) – “XƏZƏR-LƏNKƏRAN” (AZƏRBAYCAN) - 0:0
“Sibenik” (Xorvatiya) - “Slima Uonderers” (Malta) – 0:0
“Tobol” (Qazaxıstan) - “Zrinski” (Bosniya və Herseqovina) – 1:2
“Ulisse” (Ermənistan) - “Bney Yehuda” (İsrail) – 0:0
“Rabotniçki” (Makedoniya) – “Lusitanos” (Andorra) - 5:0
“Tirana” (Albaniya) - “Zalaeqerseq” (Macarıstan) – 0:0
“Zestafoni” (Gürcüstan) - “Faetano” (San-Marino) – 5:0
“Runavik” (Farer adaları) - “Gefle” (İsveç) – 0:2
“Torpedo” (Belarus) - “Falkir” (İslandiya) – 3:0
“Randers” (Danimarka) - “Dudelanj” (Lüksemburq) – 6:1
“Portadaun” (Şimali İrlandiya) - “Skonto” (Latviya) – 1:1
TPS (Finlandiya) - “Talbot Taun” (Uels) – 3:1
“Reykyavik” (İslandiya) - “Qlentoran” (Şimali İrlandiya) – 3:0
“Dandalk” (İrlandiya) - “Qrevenmaher” (Lüksemburq) – 3:3
“Kalmar” (İsveç) - “Streynur” (Farer adaları) – 1:0
“Llanelli” (Uels) - “Tauras” (Litva) – 2:2
“Trans” (Estoniya) - “Mü-PA-47” (Finlandiya) – 0:2
“Zeta” (Çernoqoriya) – “Daçiya” (Moldova) - 1:1
“Laçi” (Albaniya) - “Dnepr” (Belarus) – 1:1
“Şaxtyor” (Qazaxıstan) - “Rux” (Polşa) – 1:2
“Dinamo” (Tiflis, Gürcüstan) - “Flora (Estoniya) – 2:1
“Nitra” (Slovakiya) - “Qyori ETO” (Macarıstan) – 2:2
“QARABAG” (AZƏRBAYCAN) - “Metallurq” (Makedoniya) – 4:1