Məhərrəmov: Yeni baş məşqçinin sisteminə uyğunlaşmağa çalışırıq
02.07.2010 - 09:36
Məhərrəmov: Yeni baş məşqçinin sisteminə uyğunlaşmağa çalışırıq
“Məşqlərimiz yüksək əhval-ruhiyyədə keçir. Klub rəhbərliyinə təşəkkürümü bildirirəm ki, bizim üçün bu cür gözəl şərait yaradıblar. Komandamızda ab-hava çox gözəldir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun futbolçusu Cəmşid Məhərrəmov deyib.

Məhərrəmov bildirib ki, yeni baş məşqçi Şaferin rəhbərliyi altında yüksək səviyyədə məşqlər keçirilir və avroliqa oyunlarına kimi komanda gözəl formada olacaq: “Baş məşqçi Vinfrid Şaferin sisteminə uyğunlaşmağa çalışırıq. Hazırlıq prosesində heç bir anlaşılmazlıq, çətinlik yoxdur. Ağır məşqlər keçsək də, yorğunluq hiss etmirik. İyulun 15-də “Buduçnost” ilk matçımıza çıxacağıq. Həmin görüşə komandamız tam hazır olacaq”.

Qeyd edək ki, iyulun 26-dan Almaniyanın Bitburq şəhərində təlim-məşq toplanışında olan “Bakı” iyulun 4-də növbəti yoldaşlıq görüşündə II bundesliqa təmsilçisi “Koblents”lə qarşılaşacaq.

Mənbə: fcbaku.az