Kamerun yığmasının sabiq hücumçusu: Şaferdən təklif gələrkən çox düşünmədim
02.07.2010 - 09:46
“Vinfred Şaferi çox yaxşı tanıyıram. Onunla birgə Kamerun millisində çalışmışıq. Şaferdən təklif gələrkən çox düşünmədim. Yenidən təcrübəli mütəxəssislə çalışmaq mənim üçün çox xoşdur”. Apasport.az saytının məlumatına görə, bu fikirlər “Bakı” klubunun futbolçusu Joel Epalleyə məxsusdur. Paytaxt təmsilçisinin yeni transferi klubun rəsmi internet saytına açıqlama verib.
32 yaşlı hücumçu karyerasını ölkəmizdə davam etdirəcəyindən məmnun olduğunu bildirib: “Eyni zamanda “Bakı” klubunun qarşısında duran məqsədlər də məni cəlb etdi. Komandam Avropada uğur qazanmaq istəyir. Bu yolda “Bakı”ya kömək etmək, komandamla birgə Avropa Liqasında uğur qazanmaq istəyirəm. Həmçinin “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədova, keçidimin reallaşmasında rolu olan hər kəsə minnətdarlığımı bildirirəm. Transferimin baş tutmasında Hafiz bəyin böyük rolu oldu. Bu cür futbolu sevən, peşəkar insanlarla çalışmaq mənim üçün çox xoşdur”.
Kamerun milli komandasının sabiq futbolçusu yeni klubundakı ab-havadan da razıdır: “ Mehriban kollektivimiz var. Məşqlərdə hamı tam gücü ilə çalışır. Hər bir oyunçu başa düşür ki, komandanın qarşısına böyük hədəflər qoyulub. Bunun üçün hər birimiz tam səylə çalışmalı, avrokubok matçlarında canımızı meydanda qoymalıyıq”.
Qeyd edək ki, Epallenin son klubu Almaniyanın “Bohum” komandası olub. O, Kamerun yığmasında 2000-ci ilin Olimpiya çempionu olub.

0
0