Rəşad Sadıqov: Rəqib güclü idi, hesab oyuna görə olmadı
02.07.2010 - 10:05
Avroliqada çıxış edən Ağdamın “Qarabağ” klubunun müdafiəçisi Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi
- Oyunu əsasən müdafiədə keçirdiniz. Bu, baş məşqçinin tapşırığı idi, yoxsa rəqibdən ehtiyatlanırdınız?
- Görüşün ilk 10-15 dəqiqəsini bilərəkdən müdafiədə keçirdik. Məqsədimiz rəqibin oyununu dağıtmaq idi. Çünki onların ilk dəqiqələrdən hücuma atılacağını bilirdik. Arxa xətdə buraxdığımız səhvlər başa düşüləndir. Komanda cəmi 10-15 gündür məşq edir. Mövsümün ilk oyununa çıxmışıq. Yavaş-yavaş işlər qaydasına düşəcək. Bugünkü oyunda məğlub olmamaq vacib idi. Sonrakı oyunlara ciddi hazırlaşacağıq. Müdafiədən oynamaq baş məşqçinin tapşırığı idi. Taktiki cəhətdən rəqibi aldatmaq istədik. Oyundan əvvəl verdikləri açıqlamalardan da hiss olunurdu ki, hücuma meylli oynayacaqlar. Biz də imkanlarımızı düzgün dəyərləndirməyə çalışdıq. Şükürlər olsun ki, rəqib müdafiəsində boşluqlar tapdıq və istifadə edə bildik.
- “Metallurq”un qapısından 4 top keçirəcəyinizi gözləyirdinizmi?
- Xeyr, bunu gözləmirdim. Hər oyunda 4-5 qol epizodu yaradılır. Bu gün onların hamısından istifadə edə bildik.
- Birinci oyundan sonra “Metallurq”u güclü rəqib adlandırmaq olarmı?
- Oyun göstərdi ki, heç də zəif komanda deyillər. Onların da 3-4 qol epizodu oldu. Fikrimcə, hesab oyuna görə olmadı. Başabaş oyun getdi. Rəqib qol imkanlarından istifadə edə bilmədi. Bəzi epizodlarda onlar bizdən canlı görünürdülər. Bu, onların təlim-məşq toplanışı keçirməsi və 3 yoxlama oyununda gücünü sınaması ilə bağlıdır. Biz isə ilk oyunumuza çıxırdıq. Həm də ikinci hissədə, demək olar, 10 nəfərlə mübarizə apardıq.
- Yeni transferiniz Ansi Aqolli necə təsir bağışladı?
- Birinci oyunu idi. Yaxşı təsir bağışladı.
- Avrokuboklarda cari mövsümdə ilk qolumuzu siz vurdunuz. Bu, sizdə hansı hisslər yaradıb?
- Mən vəzifəmi yerinə yetirirəm. Əsas olan komandamızın qələbə qazanmasıdır.
- Ötən il də “Qarabağ”ın qol hesabını açdınız. Necə düşünürsünüz, vurduğunuz qol yenə uğur gətirəcəkmi?
- Görək də... Əlimizdən gələni edəcəyik ki, “Qarabağ” uğurlu çıxış etsin.
- Sizcə, hakim qırmızı vərəqə göstərərkən haqlı idi?
- Çox sərt qərar oldu. Epizod gözümün qabağında baş verdi. Hakim sarı vərəqə göstərməli idi.
- Bir qırmızı və 3-4 sarı vərəqə aldınız. Bu, qarşıdakı oyunlarda problem yaradacaqmı?
- Əlbəttə, çox problem yaradacaq. Heyətdə zədəli futbolçularımız da çoxdur. Samir Abbasov son 10 dəqiqəni oynaya bilmirdi. Ona dözmək lazım olduğunu bildirdim. Çünki əvəzetmələrin hamısı edilmişdi. Maksim zədəlidir, Teli oynamayacaq.
- Teli ilə uzun müddətdir bir yerdə oynayırsınız. Onun yoxluğu cavab oyununda hiss olunacaqmı?
- Bir hissəni Telisiz oynadıq. İnanıram ki, onu əvəzləyəcək futbolçu yoldaşım ümidləri doğruldacaq.
- Sizcə, oyunun dönüş nöqtəsi hansı epizod oldu?
- Fərhad Vəliyevin təkbətək epizodda topu çıxarması oyunun dönüş nöqtəsi oldu.

0
0