Azərbaycan UEFA reytinqində Sloveniyaya yaxınlaşır
02.07.2010 - 10:24
Avrokubokların I təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA-nın reytinq cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Qarabağ” və “Xəzər-Lənkəran”ın ilk görüşlərdə uduzmamağı ölkəmizin hesabını 0,375 xal zənginləşdirib. Son 5 mövsümün nəticələrinə əsasən 4,540 xala malik Azərbaycan hazırda Avropada 39-cu pillədədir.
Ağdamlıların Makedoniyanın “Metallurq” klubunu məğlub etməsi (4:1) və “Xəzər-Lənkəran”ın Moldovada “Olimpiya” ilə heç-heçə etməsi (0:0) ölkəmizin elə bu oyunlardan əvvəl olduğu yerində qalması ilə nəticələnib. Lakin artıq 39-cu olan Azərbaycan özündən qabaqda qərarlaşan İslandiya (4,862) və Sloveniyadan (4,624) cüzi fərqlə geri qalır. İndi 38-ci pilləyə qalxmaq üçün klublarımızın bir heç-heçəsi də kifayətdir. İslandiyanı arxada qoymaq üçün isə cavab matçlarında ən azı ilk matçlardakı uğur (qələbə və heç-heçə) təkrarlanmalıdır. Bu, o halda keçərli olacaq ki, həmin ölkələr xal qazanmasın.
“Metallurq” üzərindəki qələbə həm də ən yaxın izləyicilərimiz olan makedoniyalılarla fərqin böyüməsinə səbəb olub. İndi sabiq Yuqoslaviya ölkəsi 4,082 xala malikdir.

0
0