Mahir Şükürov UEFA kubokunun qalibi ilə görüşə yollandı
02.07.2010 - 10:41
Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov Avstriyanı tərk edib. Apasport.az saytının məlumatına görə, həmyerlimizin heyətində yer aldığı Mahaçqalanın “Anji” klubu həmin ölkədəki hazırlığını başa vuraraq, bu gün Vyanadan çarter reysi ilə Sankt-Peterburqa yollanıb. Şükürovun komandası iyulun 4-də bu şəhərin təmsilçisi “Zenit”lə Rusiya Premyer Liqasının XI turundan təxirə salınan oyunda görüşəcək.
“Anji” bu görüşə ciddi itkilərlə çıxacaq. Belə ki, yarımmüdafiəçi Andrey Streltsov, hücumçular Yan Qolenda və Georgi İluridze zədə üzündən oyunu buraxacaq. “Anji”nin baş məşqçisi Hacı Hacıyev əsas hücum xəttində məcburi dəyişiklər etmək fikrindədir. Variantlardan biri yarımmüdafiəçi Todor Timonovun hücuma çəkilməsidir. Hacıyevin orta sahədə problemlərinin olduğunu nəzərə alsaq, Şükürova müdafiənin yox, yenə yarımmüdafiənin sağ cinahında yer veriləcək.
Qeyd edək ki, “Anji” ilə maydakı görüşü ölkə kubokunun final oyunu ilə əlaqədar təxirə salınan “Zenit” Rusiya çempionluğu, UEFA kuboku və Superkubokunu qazanıb.

- “Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
0
0