Azərbaycanlı hakimdən “Daçiya”ya qırmızı vərəqə
02.07.2010 - 10:57
Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunlarının iştirakçıları arasında azərbaycanlı hakimlər də olub. Apasport.az saytının məlumatına görə, FİFA referisi Vüsal Əliyev Çernoqoriyanın “Zeta” və Moldovanın “Daçiya” klubları arasında oyunu idarə edib. 40 yaşlı ədalət təmsilçisi 1:1 hesabı ilə nəticələnən matçda 5 vərəqə göstərib.
Meydan sahiblərini iki “sarı”ya “qonaq edən” Əliyev moldovalıların gürcü legioneri David Qamezardaşvilini meydandan qovub. Məhz ikinci sarı vərəqəyə görə göstərilən bu qırmızı vərəqə oyunun nəticəsinə təsir edib. Say üstünlüyü qazanan çernoqoriyalılar bərabərlik qolunu vurub.
Bakının “İnter” klubunun moldovalı sabiq futbolçusu Oleq Şişkin də bu matçın iştirakçılarından olub. O, “Daçiya”nın start heyətində meydana çıxaraq Əliyevlə görüşmək imkanı qazanıb. Ötən ay yığmamızla yoldaşlıq oyununda fərqlənən Andrey Kojokari də yenidən azərbaycanlılarla eyni vaxtda meydanda olub.
Qeyd edək ki, bu matçda Əliyevə Mehman Mahmudov, Vaqif Musayev, Elçin Məmmədov kömək ediblər.

0
0