“Neftçi”nin sabiq futbolçusunu Rusiya kubokundan kənarlaşdırdılar
02.07.2010 - 11:31
“Neftçi”nin sabiq futbolçusunu Rusiya kubokundan kənarlaşdırdılar
Bakının “Neftçi” klubunun sabiq futbolçusu Vitali Şevçenkonun yeni komandasında debütü uğursuz olub. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Volqoqradın “Rotor” klubunun baş məşqçisi postunda ilk oyunda uduzub.

Birinci divizionun autsayderi olan Şevçenkonun yetirmələri Rusiya kubokunun 1/32 final mərhələsində evdə Belqorodun “Salyut” klubuna 0:1 hesabı ilə uduzub. Reqlamentə görə, qalib bir oyuna görə müəyyənləşir və əsas vaxt heç-heçə (0:0) bitdiyindən əlavə vaxt təyin olunub. Qonaqlar 100-cü dəqiqədə qələbə topunu vuraraq növbəti mərhələyə çıxıb.

Qeyd edək ki, Şevçenko Rusiyanın ən tanınmış klublarından biri ilə mövsümün sonuna kimi müqavilə imzalayıb.