“Neftçi” Burdulini Avstriyaya apardı
02.07.2010 - 11:52
“Baxışda hələlik bir futbolçu var, o da Aleksandr Burdulidir. Bu oyunçu haqqında hələ qərar verməmişik”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.
Təlim-məşq toplanışını ölkə xaricində davam etdirən “Neftçi”nin oyunçuları dünən Avstriyaya yola düşüb. 6 futbolçu, eləcə də məşqçilər korpusu və texniki heyət səfərə bu gün çıxacaq. Hazırlığın ilk günündən “Neftçi”nin düşərgəsində olan Burduli haqqında da Avstriyada qərar veriləcək: “O, bizimlə səfərə çıxır. Sağ cinah yarımmüdafiəçisi olan legioner haqqında orada qərar verəcəyik. Onunla bərabər baxışa dəvət etdiyimiz Ruslan Qurbanov isə artıq “Neftçi”nin oyunçusudur. Onunla müqavilə imzalamışıq”.
Qeyd edək ki, “Neftçi” iyulun 14-dək Avstriyada hazırlıq keçəcək.

- “Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
0
0