“Lənkəranda uduzsaq, bizi öldürərlər!”
02.07.2010 - 13:26
“Yeni komandada keçirdiyim ilk oyunda hansısa problemlə üzləşmədim. Biz peşəkar futbolçularıq. “Xəzər-Lənkəran”ın heyətində Almaniyada təlim-məşq toplanışı keçdik. Allahın köməyi ilə yeni komandama uyğunlaşdım”. Bu fikirləri apasport.az saytının Moldovaya ezam olunmuş müxbirinə açıqlamasında “Xəzər-Lənkəran” klubunun yeni transferi Elnur Allahverdiyev deyib.
Avroliqanın I təsnifat mərhələsində “Olimpiya” ilə Moldovadakı görüşdə (0:0) əsas heyətdə meydana çıxan yığmamızın müdafiəçisi yaxşı təsir bağışladı. Elnur yeni kollektivə uyğunlaşmaqla bağlı problem görmür: “Mənə elə gəlir ki, çətinlik çəkmədim. Bu, meydanda da görünürdü. İlk oyunum pis alınmadı. İnşallah, bunun davamı Lənkəranda gəlsin. İnanıram ki, hər şey yaxşı olacaq. Düzdür, rəqibin bir yüz faizli qol imkanı oldu. Ancaq özünüz də gördüyünüz kimi, 11 nəfərlə arxaya çəkilmişdilər. Özləri oynamırdı, hətta bizə də imkan vermirdilər. Komanda baxımından müqayisə edəndə, bizim onlardan qat-qat üstün olmağımız görünürdü. Doğrudur, qol vura bilmədik. Onu nəzərə alaq ki, təlim-məşq toplanışından yeni çıxmışıq, 15-20 gündür evdə deyilik. Baxmayın, bu da bir sıxıntıdır. Moldovalılar isə evdə hazırlaşıb və bu da psixoloji cəhətdən üstünlükdür. Ancaq biz üstünlüyümüzü Lənkəranda bildirəcəyik”.
Allahverdiyev rəqib meydanında qolsuz heç-heçəni hətta 1:2 hesablı məğlubiyyətdən pis nəticə sayır: “Səfərdə 0:0 oynamışıq və bu, çox pis hesabdır. Ondansa burada 1:1 oynayardıq, hətta 1:2 hesablı uduzsaq, daha yaxşı idi. Həqiqi sözümdür. Allah eləməsin, rəqib bizə evdə bir qol vursa, gərək ikisini vuraq. Doğrudan da bizə cavab görüşündə çox çətin olacaq. Ancaq buna baxmayaraq, evdə oynamağımız bizə böyük üstünlük verir. Üstəlik, Lənkəranda elə çoxsaylı azarkeşlər qarşısında meydana çıxacağıq. Onların qabağında bu görüşdən üzüqara çıxsaq, pis çıxmasın, adamı öldürərlər. Fikrimcə, üstünlük bizdədir və gərək rəqibi qiymətləndirək. Əgər etməsək, bizə çox çətin olacaq”.
“Xəzər-Lənkəran”a mövsüm bitəndən sonra “Qarabağ”dan gələn Elnur keçmiş komandasının Makedoniyanın “Metallurq” klubunun Bakıda 4:1 hesabı ilə yenəcəyini gözləmirmiş: “Qarabağ” “Metallurq”u udmalı idi. Ötən ilki nəticəmizdən sonra qələbəni gözləyirdim. Ancaq həqiqətən də 4:1 hesabı mənim üçün gözlənilməz oldu. Belə nəticəyə çox sevindim və keçmiş komandamı təbrik edirəm. İnşallah, ardı gəlsin. Hesab edirəm ki, Avroliqada növbəti mərhələyə keçsək, hər ikimizi çətin rəqib gözləyəcək. Çalışacağıq ki, Azərbaycanın adını yüksəldək”.

0
0