“Qarabağ” klubuna transferimlə bağlı danışıqlar gedir”
02.07.2010 - 15:24
“Mən klubun düşərgəsini tərk etməmişəm. Hazırda komanda ilə birgə Bolqarıstanda təlim-məşq toplanışındayam. Ancaq gələcəkdə hər şey mümkündür”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək Bakının “İnter” klubunun latviyalı futbolçusu Andrey Rubin deyib.
2008-ci ilin yayından “bankirlər”in şərəfini qoruyan təcrübəli yarımmüdafiəçi əvvəl çempionatımızın gümüş, sonra qızıl medalını qazandı. Hələ mövsüm bitəndən adı “Qarabağ” ətrafında hallanan Rubin istirahətdən qayıdandan sonra birbaşa “İnter”in düşərgəsinə yollandı: “Hələ bu klubla müqaviləm var. Bu səbəbdən klubun sıralarında olmalıyam. Mən də istirahətdən sonra Bolqarıstana “İnter”in təlim-məşq toplanışına qatılmışam. Ancaq bu komandanı tərk edəcəyini istisna etmirəm. Bunun nə vaxt baş verəcəyini isə deyə bilmərəm. Çünki bu, tək məndən asılı deyil”.
Latviya yığmasında 100-dən çox görüş keçirməklə, oyun sayında ilk sıralarda olan Andreyin sözlərinə görə, “Qarabağ” variantının üstündən xətt çəkilməyib: “Başqa variantım var. Bu, Azərbaycandadır, “Qarabağ” klubudur. Məsələ gündəmdən düşməyib. Ancaq bunun üçün “İnter” rəhbərliyi ilə danışıqlar müsbət yekunlaşmalıdır. Gedişimə icazə versələr, sərbəst şəkildə yeni klubla müqavilə bağlaya bilərəm. Açığı, danışıqların gedişi haqda elə bir məlumatım yoxdur. Bununla menecerim məşğul olur. Mən isə diqqətimi hazırlığa yönəltmişəm”.
Rubin “İnter”in heyətində ÇL-də oynayarsa, “Qarabağ”a Avroliqada kömək edə bilməyəcək. Çünki UEFA-nın qaydalarına görə, futbolçu bir mövsümdə iki qitə miqyaslı turnirdə oynaya bilməz. Ağdamlılar Makedoniyanın “Metallurq” klubunu keçərsə, növbəti mərhələ üçün iştirak ərizəsinə yeni futbolçu sifariş edə bilər. Deməli, solaxay futbolçu olan Rubinin məsələsi həmin vaxta tam aydınlaşmalıdır: “Keçidimin baş tutub-tutmayacağını deyə bilmərəm. Bu, danışıqların nəticəsindən asılı olacaq. “Qarabağ”da oynamaq istəyim qalır. Əvvəla, artıq iki ildir bir komandada oynayıram və ab-havanı dəyişmək istərdim. Bundan əlavə, maddi məsələləri də nəzərə almaq lazımdır. Hər halda, futbolçu üçün bunun böyük rolu var. Qismət olarsa, Avroliqada “Qarabağ”a kömək edərəm. Komandanın “Metallurq” oyununu görməsəm də, 4:1 hesablı qələbə qazandığından xəbərim var. “Qarabağ”ın qalib gələcəyini gözləyirdim, ancaq belə hesabla yox. Komanda inamlı qələbə qazanmaqla, mərhələ keçməyə layiq olduğunu göstərdi”.
Mehman SÜLEYMANOV

0
0