Çempionlar Liqasının ilk oyunu texniki məğlubiyyətlə nəticələndi
02.07.2010 - 15:57
UEFA-nın Nizam-İntizam Komitəsi Çempionlar Liqasının I təsnifat mərhələsində Andorranın “Santa Koloma” komandasına texniki məğlubiyyət verib. Apasport.az saytının məlumatına görə, buna səbəb Maltanın “Birkirkarı” klubunu qəbul edəcək “cırtdan ölkə” təmsilçisinin oyun günü stadionun qazonunu lazımı səviyyəyə gətirə bilməməsidir.
“Santa Koloma” texniki məğlubiyyət (0:3) almaqla yanaşı, 10 min avro cərimələnib və yarışda 2 il sınaq müddəti verilib. Komandalar arasında cavab görüşü iyulun 6-da Maltada keçiriləcək.
Qeyd edək ki, bu mövsüm Avroliqalara “Santa Koloma” və “Birkirkarı” görüşü ilə start verilməli idi.

- “Fənərbaxça”da İsmail Kartal dönəmi başa çatdı - RƏSMİ - YENİLƏNİB
- "Fənərbaxça"dan sonra “Qalatasaray” da açıqlama yaydı: “Sonda yenə yaxşılar qalib gələr”
- “Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
0
0