Qana yığmasının sabiq futbolçusu “Olimpik-Şüvəlan”da!
02.07.2010 - 16:36
Qana yığmasının sabiq futbolçusu “Olimpik-Şüvəlan”da!
Bakının “Olimpik-Şüvəlan” klubu daha iki legioneri baxışa dəvət edib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi George Blay və Ovidin Mendizovu sınaqdan keçirir. Nazim Süleymanovun sərəncamında olan bu iki futbolçu arasında Blay daha tanınmışdır. 30 yaşlı sağ cinah müdafiəçisi 174 sm boya malikdir.

Qanalı futbolçu karyerasına 1996-cı ildə “Sekondi” klubunda başlayıb. Daha sonra 5 il Belçikanın “Standard” klubunun uğuru üçün çalışan müdafiəçi 92 oyunda meydana çıxıb və 3 qol vurub. Blay 2006-09-cu illərdə Buxarestin “Dinamo” komandasının heyətində 50 matç keçirib və hətta Rumıniya çempionu da olub. Baxışa dəvət edilən qanalının son klubu Rumıniya “İnternational”ı olub. Blay 2001-02-ci illərdə Qana yığmasının da heyətinə cəlb edilib. O, millidəki 7 qarşılaşmada 1 qol vurub.

Mendizov müdafiənin sol cinahında çıxış edir. Rumıniyalı oyunçu son mövsümü Moldova çempionatında keçirib. Mendizov son mövsümdə Kişinyov “Zimbru”sunun formasını geyinib. 24 yaşlı futbolçu 180 sm boya, 75 kq çəkiyə sahibdir.